Qarabağ!
Gözlə bizi! Biz gəlirik!
27 ildir qalıb gözün yollarda
Həyəcanla, sevinclə.
Gözləyirdin nə vaxtdır bizi,
Elə bilmə ki unutduq
Bizə edilən haqsızlıqları,
Bizə edilən vəhşilikləri.
Düşmən çıxdısa bir dəfə,
Dönüşü yoxdur daha!
Gəlirik biz, Qarabağ!
Geri gəlirik!
Bizim tariximiz,
Bizim qələbəmiz,
Bizim canımızsan,
Qarabağ!
Biz, övladların sənin!
Sevirik səni,
Hədsiz məhəbbətlə,
Qarabağ!
Bizim keçmişimiz də,
Bizim gələcəyimiz də,
Sənsən! Sən!
Qarabağ!